Azərbaycan yığmasının sabiq üzvü Everton və Seltikin maraq dairəsində
30 aprel 2015 14:45
Azərbaycan U-19 yığmasının sabiq üzvü Cem Fələk Şotlandiyanın "Aberdin" klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun bir sıra Avropa klubunun maraq dairəsinə düşməsidir.
Belə ki, 19 yaşlı yarımmüdafiəçi İngiltərənin "Everton", "Hall Siti", eləcə də Şotlandiyanın "Seltik" klubunun transfer siyahısında yer alır.
Qeyd edək ki, Cem hazırda "Aberdin"in U-20 komandasında çıxış edir. O, bir müddət öncəyə qədər Azərbaycanın U-19 yığmasında çıxış edirdi.