Valensiya Eddi İsrafilovun komandasını darmadağın etdi
28 aprel 2015 12:30
İspaniya La Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Valensiya" ilə qarşılaşıb. Matç "Qranada"nın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi zədəli olduğuna görə bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.