Rüfət Dadaşov liderə qarşı 11 dəqiqə oynadı, komandası uduzdu
27 aprel 2015 16:00
Almaniyanın cənub-qərb regional liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə lider "Kikkers Offenbax"ın qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət oyunun 79-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Saarbryuken" 60 xalla 2-ci pillədə qərarlaşıb.