Bədavi Hüseynov: Eşitmişəm ki, Trabzonspor mənimlə maraqlanır, amma doğru olduğunu bilmirəm
27 aprel 2015 15:45
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Türkiyənin "Trabzonspor" klubunun onunla maraqlanması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Trabzonspor"? Onu kim deyib ki? Hələ konkret heç nə yoxdur. Onların maraqlandığı barədə mən də eşitmişəm. Amma bu, sadəcə, mətbuatda yazılanlardan ibarətdir. Yəni bu xəbərlərin nə dərəcədə doğru olduğunu bilmirəm".