Kamran Ağayevin son matça çıxmamasının səbəbi açıqlandı
27 aprel 2015 14:30
Türkiyə PTT 1-ci liqasının 29-cu turunda səfərdə "Osmanlıspor"la qarşılaşan "Kayserispor"un bu oyunda azərbaycanlı qapıçı Kamran Ağayevi iştirak ərizəsinə daxil etməməsi təəccüb doğurdu. Azerisport.az xəbər verir ki, son dövrlər əsas heyət oyunçusuna çevrilən millimizin qolkiperinin bu görüşdə iştirak etməməsinin səbəbi aydınlaşıb.
Belə ki, həmyerlimiz matçdan öncəki son məşqdə əlindən zədələnib. İki barmağını əzən Kamranın durumuna tam aydınlıq gəlməyib. Amma problemin elə də ciddi olmadığı bildirilir.