Ruslansız Hayduk qalib gəldi
27 aprel 2015 00:20
Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi səfərdə "Slaven"lə qarşılaşıb. Matç "Hayduk"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 40 xalla 4-cü pillədə qərarlaşıb.