Subaşiç məğlubiyyətə üzüldü
27 aprel 2015 00:05
Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Samsunspor"la qarşılaşıb. Matç manisalıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 26 xalla 16-cı pillədə qərarlaşıb.