Amitsiz Atletikodan qələbə
27 aprel 2015 00:00
Portuqaliya ikinci liqasında 41-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi doğma meydanda "Porto B" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Atletiko" hazırda 39 xalla 22-ci pillədə qərarlaşıb.