Millimiz Atletikonu darmadağın etdi
26 aprel 2015 12:00
Futzal üzrə Azərbaycan milli komandası Moldovada yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Kişinyovun “Atletiko” klubu ilə qarşılaşan millimiz 7:1 hesabı ilə qələbə qazanıb.
Futzalçılarımızdan Ramiz Çovdarov və Vahib Xodjayev dubl edib. Hərəyə 1 dəfə Namiq Məmmədkərimov, Fərid Atakişiyev və Sami Həmzəyev fərqlənib.