Tahir Gözəl: Qarabağ ən yaxşı futbol sərgiləyən komandadır
26 aprel 2015 00:50
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yenidən göstərdik ki, ölkənin ən yaxşı futbol sərgiləyən komandasıyıq. Hələ bizi çempion elan etmək çox tezdir. Buna hələ var. "Qəbələ" ilə səfər matçına gedib-getməyəcəyimi bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, orada baş tutacaq kubokun finalına gedəcəyəm".