Toğrul Erat 90 dəqiqə oynadı, komandası xal itirdi
26 aprel 2015 00:30
Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf klubu doğma meydanda "1860 Münhen"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna" hazırda 41 xalla 7-ci pillədə qərarlaşıb.