Ruslan Qurbanov: Yeni baş məşqçinin nə dərəcədə uğurlu olacağını zaman göstərəcək
24 aprel 2015 16:30
Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov komandasının Hari Vukasa tapşırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mütəxəssis komandanı yaxşı tanıyır. Çünki burada baş məşqçi köməkçisi kimi çalışırdı. Bu təyinatın komandam və mənim üçün nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Mənim işim məşq etmək, baş məşqçinin işi isə kimin oynayacağına qərar verməkdir. Komandanı bundan əvvəlki iki oyuna çıxaran idman direktorunun dövründə isə mən son dəqiqələrdə də olsa, meydana çıxırdım".