Ufuq Budaq Adana Dəmirspora qarşı
24 aprel 2015 13:15
Bu gün Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxacaq.
Sözügedən komanda səfərdə "Adana Dəmirspor"la qarşılaşacaq.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 38 xalla 10-cu pillədə qərarlaşıb.