Elbrus Məmmədov: Qəbələnin qələbə seriyasına son qoymağa çalışacağıq
24 aprel 2015 12:45
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, sabah "Qəbələ"nin qələbə seriyasına son qoyacağıq. Heyətdə çoxlu itki var. Amma buna baxmayaraq, rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Hesab edirəm ki, hazırda "Qəbələ" ən yaxşı hücum xəttinə malikdir. Lakin öz meydanımızda oynayırıq və burada heç bir rəqibə asan olmur. Çünki yaxşı azarkeşlərimiz var və hər oyunda bizi yüksək səviyyədə dəstəkləyirlər".