31-ci turun favoritləri bəlli oldu
24 aprel 2015 11:45
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Qarabağ"ı "Neftçi" ilə müqayisədə daha şanslı hesab edir.
Baş tutacaq bütün görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Topaz Premyer Liqası
31-ci tur
"Sumqayıt" - "Simurq" (2,35 – 3,30 – 2,35)
"Xəzər Lənkəran" - "Qəbələ" (2,40 – 3,30 – 2,30)
"İnter" - AZAL (1,40 – 3,90 – 5,50)
"Qarabağ" - "Neftçi" (2,10 – 3,60 – 2,50)