Reynaldonun qiyməti artıq 1 milyon avrodur
23 aprel 2015 16:00
"Qarabağ"ın hücumçusu Reynaldonun qiyməti qalxıb. Azerisprot.az xəbər verri ki, Transfermarkt portalı 26 yaşlı braziliyalı futbolçunun qiymətinin 700 min avrodan 1 milyona qədər artıb.
Əvəzində, Topaz Premyer Liqasında çıxış edən əksər legionerlər əvvəlki qiymətlərini itiriblər. Belə ki, "Qarabağ"ın braziliyalı oyunçusu Danilo Dias vaxtilə 2 500 000 avro ilə qiymətləndirilirdisə, indi 1 200 000 avroyadır.
Qiyməti artan futbolçular arasında İbrahim Şehiç (700 000 avro), Draqan Çeran (650 000), Qara Qarayev (500 000), Vüqar Nadirov, Muarem Muarem, Ruslan Abışov, Cavid Hüseynov, Bədavi Hüseynov (450 000), Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Maksim Medvedev, Səlahət Ağayev, Baçana Sxadadze və Cavid Tağıyev (400 000) də var.