Pavel Paşayev: Azərbaycanın Serbiya və Norveçlə oyunlarında iştirak etmək istəyirəm
23 aprel 2015 14:45
Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev bəyan edib ki, Azərbaycan yığmasının Serbiya ilə yoxlama oyununda, eləcə də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə rəsmi matçında iştirak etmək istəyir. Azerisprot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox təəssüf ki, FİFA-dan hələ də cavab gəlməyib. Halbuki, indiyədək bir xəbər gəlməli idi. Bu gün menecerim ilə söhbət edəcəyəm ki, bu məsələ ilə maraqlansın. Çox istərdim ki, Azərbaycan yığmasının qarşıdakı Serbiya və Norveçlə oyunlarında iştirak edim".