AFFA serblərlə razılığa gəldi
22 aprel 2015 00:25
AFFA Serbiya Futbol Federasiyası ilə razılığa gəlib. Azerisport.az xəbər verir ki, tərəflər iki ölkənin futbol yığmaları arasında yoxlama oyunu keçirməklə bağlı bütün detallara aydınlıq gətiriblər.
Sözügedən matç iyunun 7-də Avstriyada baş tutacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Avstriyaya iyunun 1-də yola düşəcək və ayın 8-dək orada qalacaq. Həmin gün isə futbolçularımız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveçlə oyun üçün birbaşa bu ölkəyə yola düşəcəklər.