Kamran Ağayev Vaqif Cavadovun komandası üzərində qələbəyə sevindi
21 aprel 2015 00:15
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçular - Kamran Ağayevlə Vaqif Cavadovun komandaları üz-üzə gəlib.
Belə ki, Kamranın komandası - "Kayserispor" doğma meydanda Vaqifin klubu "Boluspor"u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ağayev sonadək mübarizə aparıb və növbəti dəfə qapısını toxunulmaz saxlaya bilib. Cavadov isə görüşün 82-ci dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, "Kayserispor" hazırda 60 xalla turnir cədvəlinin birinci, "Boluspor" isə 32 xalla 14-cü pillədə qərarlaşıb.