Azərbaycanı Çempionlar Liqasında Rəvan təmsil edəcək
20 aprel 2015 17:15
19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasının yeni mövsümündə Azərbaycanı "Rəvan" təmsil edəcək. Azerisport.az xəbər verir ki, bu komanda U-19-lar arasında keçirilən son ölkə çempionatının qalibidir.
Bu üzdən də Azərbaycanı ÇL-də məhz "aslanlar" təmsil edəcəklər. "Rəvan" mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq. Amma həmin oyunların vaxtı hələlik, bəlli deyil.