Əfran İsmayılov: Mövsümü titulsuz başa vurmaq istəmirik
20 aprel 2015 16:30
"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılov "Neftçi"yə qarşı keçirəcəkləri ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin olacaq. Amma hələ heç nə itirilməyib. Biz əlimizdən gələni edəcəyik ki, kubokun finalına vəsiqə qazanaq. Maksimum, hətta deyərdim ki, beşqat əlavə güc qoyacağıq. Biz də kuboku qazanmaq istəyirik. Mövsümü titulsuz başa vurmaq istəmirik".