Qapıçılar üzrə məşqçilər üçün növbəti seminar
20 aprel 2015 14:45
Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandesin rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Topaz Premyer Liqası və Birinci divizion klublarının qapıçılar üzrə məşqçiləri üçün AFFA-nın inzibati binasında seminar təşkil olunub. Azerisport.az xəbər verir ki, seminarın növbəti mərhələsi aprelin 27-də keçiriləcək.