Lansın prezidenti yenə Bakıya gəlir
20 aprel 2015 14:15
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel yenidən Bakıya gəlməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, mayın əvvəlində Azərbaycan paytaxtında olacaq.
Martel azərbaycanlı biznesmen, "Lans"ın sahibi Hafiz Məmmədovla görüşəcək. Səfərdə məqsəd isə sözügedən klubun növbəti mövsüm Liqa 1-də qalması üçün lazım olan müvafiq bank zəmanətini əldə etməkdir.