Georgi Çixradze: Qarabağla cavab matçında nəticəyə oynamalıyıq
20 aprel 2015 13:15
"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi (ilk oyun 0:1) fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunu sarı vərəqə limitini keçdiyinə görə kapitan İlkin Qırtımov buraxmalı olacaq. Qalan futbolçular hamısı sıradadır. İlk oyunda qol vursaydıq, yaxşı olardı. Bunun üçün şanslarımız da var idi. Nəticəyə oynamalıyıq. Bizim heç də pis şansımız yoxdur. Bu oyun bizim üçün çox şeyi aydınlaşdıracaq. Qələbə qazanmağa çalışacağıq".