Fotoreportaj|Video|На русском

Futbol

Mixaylo Savka: Baş məşqçi çalışır ki, komanda oyunu ilə uğur qazanaq

20 aprel 2015 12:30

"Qəbələ"nin ukraynalı baş məşqcisi Roman Qriqorcuk komandasının hazırlığında 4 həmyerlisinin xidmətindən istifadə edir. Azerisport.az xəbər verir ki, “Cernomorets”dən qış fasiləsində “Qəbələ”yə gələn bu mutəxəssislərin komandadakı fəaliyyəti məhdud zamanı əhatə etsə də, onların ölkə futbolu, komandanın durumu və heyətlə bağlı duşuncələri ilə tanış olmaq, guman ki, hər kəs üçün maraqlı olar. Odur ki, sözü baş məşqçinin əsas köməkçilərindən sayılan Mixaylo Savkaya verdik.

Gənc vaxtlarında, hələ SSRİ dönəmində Ukraynanın bir sıra kollektivlərinin heyətində top qovan Savka təkcə məşqçi kimi deyil, futbolçu kimi də Qriqorçukla komanda yoldaşı olub. Onlar 90-cı illərdə “Prikarpatye”də birgə oynayıblar. Roman İosifoviç “Çernomorets”ə gələndən - 2010-cu ilin noyabrından Savka ilə birgə çalışır. Həmsöhbətimlə bağlı maraqlı faktlardan biri də budur ki, o, İvano-Frankovsk şəhərinin “Spartak” komandasının əvəzedici heyətində “Neftçi”yə qarşı oynayıb.

Azərbaycanda ilk dəfə olan Savka gördüklərindən razı qalıb: “Qəbələ”də 3 aydır işləsək də, bu müddət futbolçulara oyun fəlsəfəmizi tam aşılamaq üçün yetərli deyil. Təbii ki, hər bir yeni oyunçuya adaptasiya üçün vaxt lazımdır. Əsas odur ki, Qəbələdə çalışmaq üçün əla şəraitə malikik. Kiçik, ancaq rahat stadionumuz var. Məşqlər yüksək səviyyədə keçir, futbolçular var-gücləri ilə çalışırlar”.

53 yaşlı məşqçi yeni futbolçuların meydanda gördüyü işi dəyərləndirir və mütəxəssislərin bunu daha yaxşı müəyyən etdiyini deyir: “İşgüzarlığa görə bütün futbolçularımıza minnətdaram. Verilən tapşırıqları vicdanla yerinə yetirirlər. Ola bilər, bəzi futbolçularımız ağır yükləmələrə tam hazır deyillər. Əslində, Türkiyə toplanışında da onlara çətin olduğunu görürdük. Ukrayna futbolunda fiziki hazırlığa xüsusi diqqət verilir. Ona görə də, bizimlə gələnlər bu planda daha üstündürlər. Ancaq artıq bütün futbolçularımız fiziki hazırlıq səviyyəsini yüksəldiblər və oyunlarda 90 dəqiqə tam gücləri ilə oynayırlar”.

Oyun quruculuğu məsələsinə toxunan Savka məşqçi korpusunun “Qəbələ”də uğuru futbolçuların fərdi ustalığında deyil, komanda oyununda axtardığını bildirdi: “Çempionatda öndə gedən komandalar oyunlarını, əsasən, lider futbolçular üzərində qurur. Bizdə isə yanaşma fərqlidir. Baş məşqçimiz çalışır ki, “Qəbələ” komanda oyunu ilə uğur qazansın. Oyunçu fərdi planda güclü olsa da, istənilən halda, seçilən taktikaya uyğun oynamalı, məşqçilərin tələblərinə tabe olmalıdır. Komanda hamılıqla həm müdafiəyə çəkilməli, həm də hücum etməlidir”.

Qeyd edək ki, Savka məşqlərdə daha çox müdafiəçilərlə çalışır. Bu da təsadüfi deyil. Axı onun özü də vaxtilə müdafiəçi olub: “Doğrudur, yarımmüdafiədə də oynasam, müdafiəyəmeylli futbolçu olmuşam. Hazırda “Qəbələ”nin müdafiə xəttində ciddi problemlərin olduğunu demək düz olmaz. Hazırkı məşqçilər korpusu cəmi 2-3 aydır “Qəbələ”ilə çalışır. Razıyam, uğursuz oyunlarımız olub. “Neftçi” və “Simurq”dan 3 top buraxdığımız matçlarda rəqiblər “hədiyyələrimiz”dən yararlandılar.“Simurq”la Qəbələdəki kubok matçında isə qapıçımız Dmitri Bezotosnının günü deyildi. Heç bir futbolçu, komanda səhvlərdən sığortalanmayıb. Səhvlər təkrarlanmasın deyə ciddi çalışırıq”.

Məşqçinin fikrincə, komandanın sabit çıxış etməsi, ilk növbədə, futbolçuların psixoloji durumundan asılıdır: “Hazırda futbolçularımızda özünəinam böyükdür. Ardıcıl qələbələrdən sonra futbolçuların əhval-ruhiyyəsi xeyli yaxşılaşıb. Uğurlu çıxış davam etdikcə, rəqiblər “Qəbələ”ylə oyuna daha ciddi motivasiya ilə çıxacaqlar. Bu isə işimizi daha da çətinləşdirəcək. Ona görə də, yaxşı nəticə qazanmağımız bundan sonra psixoloji durumdan çox asılıdır. Əminliklə deyə bilərəm ki, komandamız hər oyunda maksimal nəticə qazanmağa çalışır. Şanslarımız haqda isə danışmaq istəməzdim. Hər şeyin sonda bizim üçün uğurlu bitəcəyinə ümid edirik”.

Sonda Mixaylo Stepanoviç “Qəbələ”ni “Çernomorets”lə müqayisə etmək istəməyib. O, bunun çətin olduğunu deyib və fikrini belə əsaslandırıb: “Ukrayna Premyer Liqasının Azərbaycan çempionatından səviyyəcə üstün olmasını nəzərə almaq lazımdır. İşlədiyimiz bu 2 komandada futbolçuların fərdi oyun keyfiyyətləri də fərqlidir. Məncə, “Qəbələ”ylə nəyəsə nail olmalıyıq ki, sonra müqayisə aparaq. İndi bunu etmək mənasızdır”. (Qəbələ İK qəzeti)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah