Vladimir Arjanov Qəbələ variantını niyə seçməyib?
20 aprel 2015 12:15
Ukraynanın "Çernomorets" klubunun sabiq yarımmüdafiəçisi Vladimir Arjanov "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla birgə Azərbaycana gəlmək istəməməsindən danışıb. Azerisport.az xəbər verir ki, Qazaxıstabın "Aktau" klubunda top qovan futbolçu bunları söyləyib:
"Qriqorçuk mənə konkret təklif göndərməmişdi. Düzdür, onunla bu mövuzda söhbətimiz olmuşdu. Amma mən artıq həmin vaxt Qazaxıstana getməyə qərar vermişdim. Düzünü deyim ki, o qədər arzuladığım bir variantla qarşılaşmışdım ki, digər variantların heç birinə baxmaq fikrim yox idi".