AFFA Ramil Şeydayevə milli komandamızda oynamaq təklifi göndərdi
20 aprel 2015 00:25
AFFA Sankt-Peterburq "Zenit"inin və Rusiyanın U-21 yığma komandasının hücumçusu Ramil Şeydayevə yenidən təklif göndərib. Azerisport.az xəbər verir ki, Azərbaycan əsilli futbolçuya milli komandamızda oynamaqla bağlı təklif irəli sürülüb.
Gənc hücumçu bu məlumatı saytımıza açıqlamasında da təsdiqləyib: "Bəli, federasiyadan mənə zəng etmişdilər. Mənim Azərbaycan yığmasında oynamağımı istəyirlər".