Budak əvəzləndi, Qaziantep BB 3 qol buraxdı
19 aprel 2015 19:30
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Samsunspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Budaq start heyətdə meydana çıxsa da, 16-cı dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.