Fotoreportaj|Video|На русском

Futbol

Elvin Yunuszadə: Neftçinin futbolçuları bir-birini dəstəkləməlidir

19 aprel 2015 00:35

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- "Qəbələ"yə məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Bu komanda ilə oyunlarımız həmişə çətin keçir. Çünki "Qəbələ"nin yaşı kollektivi, öz oyun üslubu var. Hətta qalib gəldiyimiz oyunlarda da çoxlu çətinliklə qarşılaşmışdıq. Fikrimcə, bu dəfə birinci hissəni yaxşı keçirdik. İkinci qolu buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atılsaq da, növbəti dəfə qapımızda top gördük.

- "Qəbələ"nin ikinci qolu zamanı nəyə etiraz edirdiniz?
- Hakimlik barədə danışmaq istəmirəm. Amma məncə, top Cavid Hüseynovun əlinə dəymişdi. Epizoda baxmaq lazımdır. Hakimin durduğu yerdən bunu görmək mümkün deyildi.

- "Qəbələ"nin sizinlə oyundan öncə 6 ardıcıl qələbəsi sizi narahat etmirdi?
- Biz də əvvəlki beş oyunda uduzmamışdıq, onların dördündə qələbə qazanmışdıq. Bu, futboldur, biri qalib gəlib gələndə, digəri də uduzur. Artıq qarşıdakı kubok oyununa hazırlaşmalıyıq və qələbə qazanmağa çalışmalıyıq.

- "Qəbələ" bu qələbə sayəsində sizinlə xal fərqini daha da azaltdı. Demək olar ki, bundan sonra "Neftçi" ikinci pilləni tutmaq haqda yox, üçüncülüyü qorumaq barədə düşünməlidir?
- Qorxulu heç nə yoxdur. Hələ hər şey qarşıdadır. İndidən nəsə demək olmaz. Bu oyun geridə qaldı, qarşıdakı düşünməliyik.

- Bu oyunda qapını Aqil Məmmədov yox, Saşa Stamenkoviç qorudu. Bunun təsiri oldumu?
- Hər birimizin səhvə yol verdiyimiz oyunlar olur. Saşanı dəstəkləməyimiz lazımdır. Əgər uduzduqsa, deməli, komanda olar günahkarıq. Bunu təkcə qapıçının üstünə atmaq olmaz.

- Bəs belə dəyişikliyə səbəb nə idi?
- Bu, baş məşqçinin qərarı idi. Biz də buna hörmətlə yanaşırıq. Qapıda Saşa dayanmışdısa, deməli, belə də olmalıydı.

- "Qəbələ"nin ikinci qolundan sonra meydanda futbolçular arasında çoxlu mübahisə yaranırdı. Nə baş vermişdi?
- Belə hallar olur. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Nə oldusa, meydanda da qaldı.

- Düşünmürsünüz ki, bu məğlubiyyət "İnter"lə kubokun cavab yarımfinal oyunu öncəsi sizə pis təsir edə bilər?
- Əlbəttə, məğlubiyyət xoşagəlməzdir. Amma biz bir-birimizi dəstəkləməliyik. "İnter"lə oyuna tam hazır olmalıyıq. Həm də biz təkcə kubokda yox, Premyer Liqada da mübarizəni sonadək davam etdirməliyik. Çünki ölkə çempionatı da bizim üçün eyni dərəcədə vacibdir. Həm də kubokda hələ özümüz üçün heç nəyi təmin etməmişik.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah