Rail Məlikov oynadı, Cavid İmamverdiyev yox
18 aprel 2015 20:30
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarını üz-üzə gətirib.
Belə ki, Cavid İmamverdiyevin klubu "Elazığspor" doğma meydanda Rail Məlikovlu "Dənizlispor"u qəbul edib. Matç Elazığ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavidin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Start heyətdə meydana çıxan Rail Məlikov isə sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 34 xalla 12-ci, "Dənizlispor" isə 21 xalla 17-ci pillədə qərarlaşıb.