Dmitri Nazarov bir hissə oynadı
18 aprel 2015 14:00
Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sandhauzen"lə qarşılaşıb. Qarşılaşmada hesab açılmayıb. Start heyətdə meydana çıxan Nazarov fasilədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 49 xalla üçüncü pillədə qərarlaşıb.