Arif Əsədov: Vəli Qasımovun təyinatı məni niyə narahat etməlidir ki?
18 aprel 2015 14:45
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Vəli Qasımovun paytaxt klubunda idman direktoru vəzifəsinə gətirilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən hələ Vəli Qasımovu görməmişəm. Onun bu təyinatı məni niyə narahat etməlidir ki? Belə insanlar klublarımızda nə qədər çox olsa, bir o qədər yaxşıdır. Qasımovun təyinatının baş məşqçinin işi ilə əlaqəsi yoxdur. Çox söz deyilə bilər. Amma gördüyünüz kimi, mən öz işimlə məşğulam".