İbrahim Uzunca: 2-ci qolu buraxmasaydıq...
17 aprel 2015 18:40
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk qoldan sonra “İnter”in üstünlüyü vardı. Sonradan öz oyunumuzu yaxşılaşdırdıq. Lakin sonradan ikinci qolu buraxdıq. Əgər 2-ci qolu buraxmasaydıq, bəlkə də hesab fərqli olacaqdı. İndi isə əsas məsələ digər oyunlara hazırlaşmaqdır”.