Azərbaycan - Serbiya matçı iyunun 7-də keçirilə bilər
17 aprel 2015 15:40
AFFA Serbiya Futbol Federasiyası ilə iki ölkə yığması arasında yoxlama oyunu keçirmək üçün danışıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, tərəflərin gələn həftə yekun razılığa gəlməsi gözlənilir.
Əldə etdiyimiz məlumata görə, ilkin razılığa görə, yığmamız serblərlə iyunun 7-də qarşılaşmalıdır. Oyunun Avstriyada keçirilməsi nəzərdə tutulub.
Komandamız Avstriyaya iyunun 1-də yollanacaq. Lakin ölkə kubokunun iyunun 3-də keçiriləcək final oyununda iştirak etməli olan futbolçular səfərə ayın 4-də yollanacaqlar.