Subaşiç: Qalatasaraya qarşı oynamağı çox istəyirdim
17 aprel 2015 15:00
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Türkiyənin "Manisaspor" klubunun ölkə kubokundakı "Qalatasaray"a qarşı cavab qarşılaşmasında iştirak edə bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatdakı son oyunda qırmızı vərəqə aldığıma görə, bu görüşdə oynaya bilmədim. Halbuki, "Qalatasaray"a qarşı oynamağı çox istəyirdim. Düzdür, 0:4 hesablı ilk məğlubiyyətdən sonra şansımız yox idi. Amma ən azından cavab görüşündə oynamaq yaxşı olardı. İstanbul nəhənginə qarşı layiqli mübarizə apardıq. Təəssüf ki, kubokda mübarizəni davam etdirə bilmədik".