Kamran Ağayev oynamadı, Kayserispor kubokda mübarizəni dayandırdı
17 aprel 2015 00:10
Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sivasspor"la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. İlk oyunda da oxşar hesab qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Sonda daha üstün olan sivaslılar 3:1 hesabıyla qalib gələrək, yarımfinala yüksəliblər.
Kamran bu matçın iştirak ərizəsində yer almayıb.