Matiya Şpiçiç: Qarabağla oyunumuz çempionatın ən maraqlı görüşü olacaq
1 aprel 2015 00:50
"İnter"in müdafiəçisi Matiya Şpiçiç Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyun çempionatın bu mövsümkü ən maraqlı oyunlarından biri olacaq. Çempionatın sonuna artıq çox az vaxt var. Ona görə də düşünürəm ki, bu görüş çox şeyi dəyişdirə bilər. Biz həmişəki kimi, bu oyuna çox ciddi yanaşırıq. Matçın startını səbrsizliklə gözləyirəm. "Qarabağ"ın millidən qayıdan futbolçularının yorğun olacağını düşünmürəm".