AFFA Rəşad Abdullayevi bağışlamadı
31 mart 2015 11:00
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AZAL-ın futbolçusu Rəşad Abdullayev barədə müraciətə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin AZAL-ın futbolçusu Rəşad Abdullayev barədə çıxardığı 10.03.2015-ci il tarixli qərar qüvvəsində saxlanılsın.