Sadıq Sadıqov: Neftçiyə yeni rəhbərlik lazımdır
"Neftçi"nin sabiq prezidenti sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi
- Sizin klubdan istefa verdiyinizlə bağlı xəbərlər yayılıb. Doğrudur?
- Komandanın məşqini izləməyə gəlmişəm. Klubu tərk etməmişəm. Sadəcə, bizdə dəyişiklik olub. Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bu strukturun rəhbəri isə mən olacağam.
- "Neftçi"nin yeni prezidentinin Çingiz Abdullayev olacağı bildirilir...
- Bunu şərh edə bilmərəm.
- Yığma komandamızın heyətində "Neftçi"dən heç bir futbolçunun olmamasını necə qarşıladınız?
- Bu, məni məyus etdi. Çünki "Neftçi" milliyə həmişə futbolçu göndərib. Amma komandamızın necə oynadığını gördüm. Robert Prosineçki hər şeyi düzgün etdi. Bizim oyunçulara daha yaxşı hazırlaşmaq lazımdır.
- Prosineçkinin Rauf Əliyevlə probleminin olduğu bildirilir...
- Nəsə olduğunu düşünmürəm. Bizim futbolçular yığmaya dəvət almaq üçün klubda daha yaxşı oynamalıdırlar.
- "Neftçi"nin əvvəlki uğurlarını təkrarlaması üçün nə etmək lazımdır?
- Yeni rəhbərlik. Mən yorulmuşam. Bu mövsüm tamamilə stress içində keçdi. Xüsusilə də bizim Serbiya "Partizan"ına Avropa Liqasındakı məğlubiyyətimiz. Belqradda 2:0 öndə olduğumuz halda, 2:3 hesabıyla uduzduq. Hələ də özümə gələ bilmirəm.
- Klub sizsiz yaşaya bilər?
- İstənilən itki kompensasiya oluna bilir. Zaman bütün yaraları sağaldır.