Neftçi təkzib bəyanatı yaydı
30 mart 2015 17:30
"Neftçi" bu gün mətbuatda yayılan xəbərlərlə bağlı bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
"Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək".