Arif Əsədov: Hədəf Bakıya qalib gəlməkdir
30 mart 2015 15:15
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Bakı" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, fasilədən sonrakı ilk oyunumuz olacaq. "Bakı"nı öz meydanımızda qəbul edəcəyik. Şübhəsiz ki, qarşımızdakı vəzifə qələbə qazanmaqdan ibarətdir. 3 xala sahib çıxmağa borcluyuq. Heyətdəki itkilərə baxmayaraq, bu vəzifənin öhdəsindən gələ bilərik".