Fotoreportaj|Video|На русском

Futbol

Böyükağa Hacıyev: Millidə Neftçidən heç kimin olmadığına görə çox pis oldum

30 mart 2015 13:45

"Neftçi"nin sabiq baş məşqçisi, Məşqçilər Şurasının üzvü Böyükağa Hacıyev azərisport.az saytına müsahibəsində Azərbaycan millisinin Malta üzərində qələbəsindən, eləcə də Gürcüstan yığmasının Kaxaber Sxadadzenin rəhbərliyi altında iki matç keçirməsindən danışıb.

- Millimizin Malta üzərində qələbəsinə inanırdınızmı?
- Maltayla oyundan hamı qələbə gözləyirdi. Qələbə hər zaman qələbədir. Bu qələbə münasibətiylə futbolçuları təbrik edirəm. Qazanılan 3 xal bizim üçün önəmli idi. Lakin bir oyuna görə komanda haqda fikir bildirməyin əleyhinəyəm. İlk olaraq unutmayaq ki, rəqib Malta idi. Digər məqam isə hələ Robert Prosineçkinin işinə qiymət vermək tezdir. O indi bizim futbolu öyrənməyə başlayır.

- Hər halda meydanda millimizin 2:0 hesablı qələbəsiniz izləmək sevindirici idi...
- Qələbə hər zaman gözəldir. Qolların müəllifləri Cavid Hüseynovla Dmitri Nazarov oyunu yüksək səviyyədə keçirdi. Sadəcə, heyətdə "Neftçi"dən heç kimin olmadığını görəndə çox pis oldum. Baş məşqçi Prosineçkidir, onun işinə qarışmaq fikrim yoxdur. O nə etdiyini yaxşı bilir. Mənim üçün millidə "Neftçi"dən futbolçu görməmək təəccüblü oldu. Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Araz Abdullayev komandaya lazım olan futbolçulardır. Bilirsiniz ki, hər zaman "Neftçi" yığmaya yaxşı futbolçular hazırlayıb.

- Əvəzində start heyətdə "Qarabağ"dan 6 futbolçu meydana çıxdı...
- "Qarabağ" yığmanın əsasını təşkil etdi. Start heyətdə Ağdam təmsilçisinin 6 futbolçusunun çıxması oyuna da təsir etdi. Futbolçular bir-birilərinə davranışında yaxşı təsir bağışladı. Kollektiv oyun sərgilədilər, layiqli qələbə qazandılar. İlk hissədə Malta bizə rahat oynamağa imkan verdi. İkinci hissədə isə qapıçı Kamran Ağayev iki epizodda bizi xilas etdi. Çünki, rəqib əks hücumlara ümid bağlamağa başladı.

- Millinin digər futbolçuları haqda nə düşünürsünüz?
- Eddi İsrafilov haqda heç nə deyə bilməyəcəyəm. Çünki, heç nə görmədim. Ruslan Qurbanov "Hayduk"un təsiri altındadır. O qədər parlaq oyun göstərmədi. Namiq Ələsgərovu bəyəndim. Az oynasa da, yaxşı təsir bağışladı. Zədələndiyinə görə təəssüfləndim. Uzun müddət sıradan çıxmaq peşəkar futbolçu üçün pisdir. Vüqar Nadirovun hücumda oynamasına sevindim. Hər halda hazırda Nadirovdan yaxşısı yoxdur.

- Malta necə təsir bağışladı?
- Gürcüstanla daha yaxşı oynamışdılar. Sanki yorğunluq çıxmamışdı. İkinci hissədə canlanma var idi, sadəcə, komandamız topa nəzarəti saxlamaqla onlara problem yaratdı. Ümumilikdə meydanda iki bir-birinə yaxın komandalar idi. Ciddi sürətdə rəqibdən fərqlənmədik. Norveçlə oyuna daha ciddi hazırlaşmaq lazımdır. Norveç Malta deyil. Son görüşdə Xorvatiyaya 1:5 hesabıyla uduzdular. Bizə qarşı daha ciddi olacaqlar. Bu oyundakı səhvlərimizi norveçlilər bağışlamayacaq.

- Gürcüstan yığması yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında iki oyun keçirdi. Bu oyunları izlədiniz?
- Hər iki oyuna baxmışam. Sadəcə, indidən Kaxaberdən nəsə gözləmək çətindir. Hazırda o millinin ab-havasına öyrəşir. Maltayla oyunda yaxşı oynadılar və qələbə qazandılar. Özü də Malta onlara qarşı daha yaxşı mübarizə apardı. O, indi axtarışdadır. Millidə nəsə etmək üçün zamana ehtiyacı var.

- Seçmə mərhələdə Almaniyaya uduzdular...
- Almaniya dünya çempionudur. O komandaya qarşı əksər yığmaların şansı yoxdur. Bundestimin qələbəsi qanunauyğundur. Gürcüstan komandası çalışsa belə, səviyyə fərqi öz sözünü deyir. Sxadadze üçün millidə çalışmaq ilk öncə çətin olacaq. Klubda işləmək tam fərqlidir. Bununla belə o, özü buna razılaşıb. Millidən gələn dəvəti qəbul edəndə hansı posta getdiyini anlayırdı.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah