Ansi Aqolli Ermənistan üzərində qələbəyə sevindi
30 mart 2015 00:45
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandası - Albaniya doğma meydanda Ermənistanla qarşılaşıb.
Matç albanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ağdam klubunun üzvü sonadək mübarizə aparıb.
Qeyd edək ki, Albaniya yığması hazırda 7 xalla qrupunda 2-3-cü yerləri bölüşür.