Per-Matias Heqmo: Artıq bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik
29 mart 2015 14:00
Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 1:5 hesablı məğlubiyyəti şərh edərkən, millimizə qarşı keçirəcəkləri növbəti görüşdən də söz açıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, çox ağır məğlubiyyətdir. Hesab tam oyuna görə oldu. Baxmayaraq ki, biz hesab 0:3 olarkən penaltidən yararlana bilmədik. Bu, işimizi daha da çətinləşdirdi. Amma hələ də qrupdan çıxmaq, Avropa çempionatına vəsiqə qazanmaq şansımız qalmaqdadır. Bunun üçün isə qalan bütün oyunlarımızda qələbə qazanmağımız lazımdır. Artıq bütün fikirlərimiz qarşıdakı Azərbycanla ev oyununa yönəlib".