Samir Abasov: Rəşad Sadıqov olmasaydı, Maltaya qalib gələ bilməzdik
Azərbaycan yığmasının sabiq müdafiəçisi Samir Abasov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ötən gün baş tutan Malta ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Darıxdırıcı oyun alındı. Meydandakı Azərbaycan yığması olmasaydı, oyuna baxmazdım. Yeni baş məşqçinin hücum futbolu oynadacağı bildirilsə də, bunu görmədim. Amma qələbə qələbədir. Uşaqları bu münasibətlə təbrik edirəm. Əfran İsmayılovla Arif Daşdəmirovdan ibarət sol cinah zəif təsir bağışladı. Namiq Ələsgərov sonadək oynaya bilməsə də, meydanda olduğu dəqiqələrdə yaxşı təsir bağışladı. Cavid Hüseynovu qeyd edərdim. Öz mövqeyində çox sakit oynayırdı. Kapitanı xüsusi qeyd etmək istəyirəm. Rəşad Sadıqov olmasaydı, Azərbaycan Maltaya qalib gələ bilməzdi. Sol cinahı məhz o sığortalayırdı".