Malta üzərində qələbə millimizi 42-ci pilləyə çıxardı
29 mart 2015 12:30
Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta üzərində 2:0 hesablı qələbə sayəsində ilk xallarını qazandı. Azerisport.az xəbər verir ki, bu qələbə yığmamızın həm qrupunda son pillədən qurtulmasına kömək edib, həm də qitənin 53 ölkəsinin qeyri-rəsmi reytinq cədvəlində.
Hazırda Azərbaycan həmin siyahıda 3 xalla 42-ci yerdə qərarlaşıb. Gürcüstan, Farer adaları, Makedoniya və Latviya da eyni göstəriciyə malikdir. Bu ölkələr Qazaxıstan, Lüksemburq, Malta, Yunanıstan, Moldova, Serbiya, Ermənistan, San-Marino, Andorra və Cəbəllütariqi qabaqlayırlar.
Qeyd edək ki, bu gün seçmə mərhələ çərçivəsində daha bir neçə oyun baş tutacaq.