533 gündən sonra gələn qələbə
29 mart 2015 01:10
Azərbaycan yığması rəsmi oyunlardakı qələbəsizlik sindromuna son qoyub. Azerisport.az xəbər verir ki, yığmamız 533 gündən sonra qələbə sevinci yaşayıb.
Millimiz sonuncu dəfə rəsmi oyunlarda 2013-cü ilin 10 noyabrında Şimali İrlandiyaya qalib gəlmişdi. Həmin oyundan sonra 3 xala həsrət qalan futbolçularımız nəhayət ki, ötən gecə Malta ilə AÇ-2016-nın seçmə mərhələ oyununda uğursuz gedişata son qoydular.