Qarayev: Dörd məğlubiyyətdən sonra dönüş yaratmaq istəyirdik
29 mart 2015 00:30
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Dörd oyun idi ardıcıl uduzurduq. Ona görə də bu oyunda dönüş yaratmaq istəyindəydik. Allaha şükür ki, öz istəyimizə çatdıq və qələbə qazandıq. Bizi dəstəkləyənlərə də təşəkkürümü bildirirəm".