Rəşad Sadıqov: Bu qədər tez qol vuracağımızı gözləmirdim
29 mart 2015 00:10
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilən oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Amma bu qədər tez fərqlənəcəyimizi gözləmirdim. Malta meydanın mərkəzində bizə pressinq tətbiq edirdi. Hələ birinci hissədə başqa qol şanslarımız da var idi, amma bunlardan yararlana bilmədik".