Elxan Məmmədov: Qələbə qazanmağımıza baxmayaraq, çətin oyun oldu
29 mart 2015 00:00
AFFA-nın baş məşqçisi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Qələbəyə baxmayaraq, oyun çətin alındı. Bizim komandamız hələ yenidir. Bundan öncə yalnız Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama oyunu keçirmişdik. Bu baxımdan Malta ilə oyun riskli idi. Amma biz qələbə qazanmağı bacardıq".